“Futbolçular tapşırıqları yerinə yetirdilər”
03.03.2023 , 19:46

Azərbaycan Premyer Liqasının XXV turunun “Zirə” – “Şamaxı” matçından (2:2) sonra qonaq komandanın baş məşqçisi Vüqar Əsgərli fikirlərini bildirib.
Korner.az xəbər verir ki, “CBC Sport”a danışan mütəxəssis görüşlə bağlı bunları deyib:
“Futbolçular tapşırıqları yerinə yetirdilər. İstədiyimiz xalı qazandıq. “Zirə”yə uğurlar arzu edirəm.
Biz bütün oyunları yaxşı oynamışıq. Sadəcə ani diqqətsizliyə görə “qara zolaq”da idik. Artıq inkişaf edir, xallar qazanırıq. Futbolçularımız özlərini göstərib, iddialı komandalara keçmək istəyirlər. Şamaxıda futbolu yaşatmaq niyyətindəyik”.
