Futbolçular kriptovalyuta ilə maaş alacaq
31.07.2018 , 17:47

Cəbəllütariq təmsilçisi “Qibraltar Yunayted” futbolçularına kriptovalyuta ilə maaş verəcək ilk klub olacaq.
Klub rəhbərliyi növbəti mövsümdən yeni qaydalar barədə qərar qəbul edib.
İdeyanın əsas təşəbbüskarı klubun sahibi Pablo Dandır. Onun fikrincə, kriptovalyuta ilə maaşların ödənilməsi digər klubları da ilhamlandıracaq. Dan hesab edir ki, bu addım idman dünyasında korrupsiyanın kökünü kəsə bilər.
