Futbol

“Futbolçular günahkar deyil” – Elşad Əhmədov

14.09.2019 , 22:44

Azərbaycan Premyer Liqasında IV turun “Sabah” – “Qəbələ” (0:1) matçından sonra təşçil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov jurnalistləsin suallaını cavabıandırıb.

Baş məşqçi əvvəlcə görüş barədə fikirlərini bildirib.

– Oyun haqda danışmaq çətindi. Rəqib bizdən yaxşı oynadı. İstəkli idilər və sona qədər döyüşdülər. Bizim futbolçularımız daha təcrübəlidi, ancaq şanslardan yararlana bilmədilər.

– Heyəti güclü “Sabah”ın istəyi niyə az idi?
– Şanslarımız oldu. Ancaq yararlana bilmədik. Bəzi oyunçular istəksiz idi, ad çəkmək istəmirəm.

– “Sabah”da bəzi dəyişikliklər gözlənilirmi?
– Baş məşqçi qərarına rəhbərlik verəcək. Bu barədə söhbətimiz olacaq.

– Komandanın oyunu və digər məsələlərlə bağlı dəyişiklik planınız varmı?
– 30,40 faiz dəyişiklik olacaq.

– Komandanın özünə gəlməyi üçün nə lazımdı?
– Oyunun taktikasında dəyişiklik lazım deyil. Sadəcə bir qələbə lazımdı ki, oyunçular özünə gəlsin.

– Komandanın uğursuzluğunda əsas günahkar kimdi?
– Mənəm. Futbolçular günahkar deyil.

– Ötən ildən daha sanballı komanda var. Ancaq bu mövsüm uğursuzsuz. Sizcə komandada lider oyunçunun olmaması nəticələrə təsir edirmi?
– İrəlidə vuran futbolçu yoxdu. İki hücumçumuz bizə gec qoşuldu. Uyğunlaşmaq üçün zaman lazımdı.

Son yazılar

Yuxarı