Ölkə futbolu

Futbolçular fasiləni necə dəyərləndirir? “Məşqlərsiz qalmaq…” FOTOlar

08.04.2020 , 21:12

Dünyada geniş yayılan koronavirus pandemiyası futbol sahəsinə öz təsirini göstərib. Belə ki, artıq bir neçə müddətdir ki, Avropanın TOP-5 liqasında, eləcə də digər ölkələrin çempionatlarında mövsümün dayanmasına səbəb olub.

Korner.az xəbər verir ki, Azərbaycan Premyer Liqası da pandemiya səbəbindən martın əvvəlindən dayandırılıb. Peşəkar Futbol Liqası aprelin 14-nə qədər mövsümün bərpa olunmayacağını açıqlasa da, bu müddətin uzadılacağı güman edilir.

Bəs futbolsuz qalan Premyer Liqa klublarımızın futbolçuları bu fasilə müddətini necə dəyərləndirir? Bunu öyrənmək üçün futbolçulara “karantin müddətini necə keçirirsiz və formada qalmaq üçün nə edirsiz?” sualıyla müraciət etdik:

Vüqar Mustafayev (“Sumqayıt”): Bəli, bir müddətdir ki, aktiv hazırlıqdan kənar qalmışıq. Bu da bizim hamımızın sağlamlığımız üçündür. Buna baxmayaraq “Sumqayıt” klubunun fiziki hazırlıq məşqiçisi Edu Metinq “zoom” proqramıyla hər gün bizə məşq keçir. Ev şəraitinə uyğun olaraq çəkimin artmaması üçün də qidalanmağıma fikir verirəm. Qalan vaxtımı oyun oynayaraq, film izləyərək və bəzi faydalı işlərlə məşğul olaraq keçirirəm. Bir də ki, ailəmizlə daha çox vaxt keçiririk.

Rövlan Muradov (“Qəbələ”): Ayın 14-dən bəri oyunlar dayanıb, amma hər gün aktiv məşq edirəm, qaçıram, rejimimə diqqət edirəm. Klubdan verilən məşqləri ev şəraitində edirəm. Amma çox darıxmışam. Məşqlərsiz qalmaq bir futbolçu üçün çox pisdir.

Vüsal İsgəndərli (“Keşlə”): Günlərimiz çox pis keçir, darıxdırıcıdır. Bütün günü evdəyik. Ev şəraitində bacardığımız qədər məşq edirik. Kinolara baxır, oyunlar oynayıram.

Şakir Seyidov (“Sabah”): Martın 13-dən evdəyik. Ancaq proqram veriblər və evdən çalışırıq. Boş qalmırıq, axşamlar parkda qaçırıq, evdə də verilən tapşırıqları edirik. Boş olan vaxtlarımda da “pley steyşn” oynayıram.

Mina Musayeva

Son yazılar

Yuxarı