Futbolçuda xərçəng aşkarlandı
27.07.2023 , 19:31

Ştefan Laynerlə bağlı üzücü xəbər var.
Korner.az xəbər verir ki, 31 yaşlı futbolçuda xərçəng aşkarlanıb.
Bu barədə Almaniyanın “Borussiya” (Mönhenqladbah) klubu məlumat yayıb.
Tibbi müayinə zamanı oyunçunun lenf xərçənginə yoluxduğu müəyyənləşib.
Bu səbəbdən Layner uzun müddət yaşıl meydanlardan kənarda qalacağı və müalicə olunacağı bildirilir.
