Nigeriya millisinin və “Rayo Valyekano”nun sabiq qapıçısı Vilfred Aqbonavbare dünyasını dəyişib.
Korner.az-ın məlumatına görə 48 yaşlı sabiq qapıçı xərçəng xəstəliyindən əziyyət çəkib.
O bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, V.Aqbonavbare futbola ölkəsinin “Ne Nigeria Bank” klubunda başlayıb, daha sonra İngiltərənin “Brentdord” klubuna transfer olunub. O, 1990-1996-cı illərdə “Rayo Valyekano”da oynayıb.
V.Aqbinavbare Nigariya millisi ilə 1994-cü ildə Afrika kubokunu qazanıb.
