Futbolçu xərçəngdən dünyasını dəyişdi
21.09.2022 , 13:16

İsveçrəli futbolçu, son olaraq “Arau”da (İsveçrə) oynamış Nikolas Şindelholts vəfat edib.
Korner.az xəbər verir ki, müdafiəçi 34 yaşında ağciyər xərçəngindən dünyasını dəyişib.
Nikolasa 2020-ci ilin yayında xərçəng diaqnozu qoyulmuşdu. Daha sonra futbolçu peşəkar karyerasını başa vurduğunu açıqlayıb. O, 2 il idi ki, müalicə alırdı.
