big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Futbolçu tapmaq, onu razı salmaq çox çətindi” – Qurban Qurbanov

21.01.2021 , 23:23

Azərbaycan Premyer Liqasında XIV turun “Sabah” – “Qarabağ” oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərn suallarını cavablandırıb.

Korner.az xəbər verir ki, mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

– Hamımız futbol üçün darıxmışdıq. Koronavirus pandemiyasına görə narahatlıq var idi ki, birdən dayanar. İnşallah, bu xəstəlik tez bitər və azarkeşlərimiz stadiona qayıdar. Vacib oyuna çıxmışdıq. İstirahətdən qayıdılıb deyə, istədiyin oyunu meydanda görə bilmirsən və buna görə nəticə qazanmaq vacib olur. Rəqib bu gün fərqli sistemlə oynadı. Nə qədər çətin olsa da, futbolçularım işlərinin öhdəsindən gəldilər. Vaxt getdikcə daha yaxşı olacağıq.

– 2021/22 mövsümündə 2,3,4-cü yeri tutan komandalar Konfrans Liqasında olacaq. Bu ilki çempionluğun daha vacib olduğunu düşünmürsüz?
– Bu turniri gözləmək lazımdı. Yəqin ki, fərqli özəllikləri qoyacaq. Qarşımıza çempionluq hədəfi qoymuşuq. Ola bilər ki, büdcələri zəif olan komandalara bu turnir təsir edə bilər. Ancaq hələ məbləğ bəlli deyil. Gözləyək görək nə olacaq. Çempionlar Liqası fərqlidi, hamımız ora fərqli yanaşırıq. Çalışırıq ki, yuxarı pilləni tutaq. Sona qədər mübarizə aparacağıq, qismətdirsə, çempionluq bizim olacaq.

– Transferlərlə bağlı məsələ nə yerdədi?
– İnanın ki, çox çətindi. Yaydan bu yana transfer barəsində passiv görünə bilərik, futbolçu tapmaq, onu razı salmaq çox çətindi. Bu gün heyətdə zədəli futbolçular var. Öz çempionatımızda da bizə oyunçu lazımdı. İstəyirik ki, uyğun bir transfer edək. Ola bilər indi alınmasın, yayda müqavilə bağlansın. Pandemiyadan sonra transfer etmək çətinləşdi. Futbolçular da karyeralarını yaxşılaşdıra biləcəyi yerlərə getmək istəyir.

– Toplanışdan istədiyinizi əldə edə bildizmi?
– Deməzdim ki, toplanış pis keçdi. Vaxtımız az idi, ölkədən kənarda olsaydıq da, yenə də maksimum 2 yoxlama oyunu olacaqdı. “Zirə” ilə matçda da fərqli dəqiqələr oldu. Başqa çıxış yolumuz yox idi. İlboyu komanda çox yüklənmişdi. Ümumi olaraq, hazırlıqdan razı qaldım. Özobiç çox yaxşı formada idi, ancaq son məşqdə zədələndi.

– Nurlan İbrahimov məcburən klubdan ayrıldı. Onunla bağlı sizin fikriniz necədi?
– Onun haqda çox danışmaq ağırdı. Heyfslənirəm ki, dünya futbol qurumu belə sərt qərar verdi. Klub olaraq Nurlandan çox məmnun idik. Hər zaman onunla isti münasibətlərimiz var idi. Getməsinə üzüldük, ancaq başqa yolu yox idi. Nurlan hər zaman bizim qəlbimizdədi. O, hər zamankı kimi bizim ürəyimizdə qalacaq.

– Bu sərt qərarda bizim UEFA-da olan nüfuzumuz necə rol oynadı?
– Bu haqda az danışmalıyıq. Bəzi qərarlar var ki, biz onları qınaya bilmərik. Bu qərarlarla bağlı əvvəlcədən xəbərdarlıq edilir. Biz hamıyla mübarizə apara, qərarlara etiraz edə bilərik. Bu, həm vaxtımızı alar, həm də nüfuzumuzu aşağı salar. Ciddi qərarlar olmayanda başqa ölkələrin, başqa insanların əlinə şans vermiş olarıq. Biz “İnter”lə oyunda nə qədər vaxt itirdik, mübahisələr oldu. Ancaq qərar verilmişdi. Elə qərarlar var ki, sadəcə səhv etmək lazım deyil. Cəzalanmışıqsa, bunu qəbul edib, ağıllı davranmalıyıq. Hər zaman çalışırıq ki, biz öz mədəniyyətimizi qoruyaq. Bəzi qərarlar olub ki, ölkə olaraq bizə çox da inamlı baxmayıblar. Əfsuslar olsun. Nurlanı biz çox istəyirik, bəlkə bundan sonra daha nüfuzlu yerdə olacaq.

– Bu gün oğlunuz Musa Qurbanlı qol vurdu. Heyətinizdə zədəli futbolçular var. Onu icarəyə verdiyinizə peşman olmadız?
– Bir qərar verdikdən sonra peşman olmuram. Hər zaman seçimlərin düzgün olduğunu düşünürəm. Musanın getməsini Rəşad Sadıqov çox istədi. Bizim göndərmək fikrimiz yox idi.

– Donald Gerye və Mahir Emreliyə təkliflər olduğu deyilir. Bu haqda nə deyə bilərsiz?
– Geryeylə bağlı təklif yoxdu. Lakin Mahirlə bağlı Polşa klubu təklif göndərib. Başqa bir neçə klub da Mahirlə maraqlanır. Lakin hələ ciddi bir dəyişiklik gözlənilmir. Gerye də deyəsən, hələ istanbuldadı.

Son yazılar

To Top