Rusiyanın “Krasnodar” klubunun sabiq futbolçusu Adriano Kokoskeriya intihar edib.
Futbolçu evində özünü asıb. İntiharın səbəbləri barədə məlumat verilmir. Ancaq bildirilir ki, o, məktub yazıb.
26 yaşlı abxaz futbolçu son vaxtlar “Qaqra” klubunda çıxış edirdi.
O, “Krasnodar”dan başqa, “Saxalin”, “Soçi”, Energiya”, “Okean” kimi klublarda da çıxış edib.
