Futbolçu oyun zamanı həbs edilib
21.08.2018 , 16:30

Futbol üzrə Peru Kubokunda “Yunion Kimbiri” və “Sport Xuanta” komandaları arasında oyun polis müdaxiləsi nəticəsində yarımçıq dayandırılıb
Hüquq-mühafizə orqanlarının əməkdaşları “Yunion Kimbiri”in futbolçusu Sezar Montalyvonu meydanda həbs ediblər. Bunun səbəbi, forvardın son iki ildə başqa ad və familya ilə qeydiyyatda olması olub. Onun əslində Xose Kontreras olduğu bildirilir.
Futbolçu isə ittihamları qəbul etməyib. O, cihayətkar yox, futbolçu olduğunu deyib.
Qeyd edək ki, matç “Sport Xuanta”nın 2:0 hesabı ilə öndə olduğu vaxt yarımçıq dayandırılıb.
