Futbolçu manqala görə cəzalandı
14.04.2020 , 19:56

Belçikanın “Standard” klubunun futbolçusu Obbi Oulare koronavirusa görə tətbiq olunan karantin qaydalarına əməl etmədiyi üçün cəzalanıb.
Korner.az xəbər verir ki, hücumçu dostları ilə manqal partisi təşkil edərkən yaxalanıb.
Futbolçu bu hərəkətinə görə yerli polis tərəfindən 250 avro cərimə olunub.
Qeyd edək ki, Belçikada 30 mindən çox insan koronavirusa yoluxub, 3600-dən çox adam həyatını itirib.
