Futbolçu məşq zamanı dünyasını dəyişdi
21.04.2020 , 16:37

Rusiyanın “Lokomotiv” (Moskva) klubunun yetirməsi İnnokenti Samoxvalov dünyasını dəyişib.
Korner.az xəbər verir ki, məşq zamanı halı pisləşən 23 yaşlı futbolçu qəflətən ölüb.
Faciənin dəqiq səbəbləri araşdırılır.
Qeyd edək ki, İnnokenti Samoxvalov “Lokomotiv”in farm-klubu olan “Kazanka”da çıxış edirdi. O, sözügedən komandaya bu mövsümün əvvəlində keçmişdi.
