Futbolçu intihar etdi
22.11.2022 , 00:12

20 yaşadək futbolçulardan ibarət İsveçrə yığmasının sabiq oyunçusu Kərim Qazzetta intihar edib.
Korner.az xəbər verir ki, Bosniya və Herseqovinanın “Jrinski” komandasında forma geyinən 27 yaşlı futbolçu özünü Mostarda yaşadığı binadan atıb.
Kərimin intihar səbəbi məlum deyil.
Mərhum futbolçu karyerası ərzində ölkəsində “Servett”, “Vintertur”, “Ksamaks” kimi klublarda da forma geyinib. O, İsveçrənin U-20 yığmasında 4 oyuna çıxıb.
