Futbolçu fizioterapiya zamanı öldü
14.04.2020 , 16:49

Braziliyanın “Quarani” klubunda bədbəxt hadisə yaşanıb.
Korner.az xəbər verir ki, klubun müdafiəçisi Tyaqo Kortes fizioterapiya zamanı dünyasını dəyişib.
Diz zədəsindən əziyyət çəkən 22 yaşlı futbolçunun dünən fizioterapiya üçün xəstəxanaya getdiyi və qəfil öldüyü bildirilir.
