Şotlaniyanın “Hibernian” klubunun futbolçusu Devid Pol evində ölü tapılıb.
Korner.az-ın məlumatına görə, 18 yaşlı futboçunun meyidi Edinburq şəhərindəki evində tapılıb. Lakin futbolçunun necə öldüyü ilə bağlı heç bir dəlil yoxdur. Tibbi ekspertin nəticəsindən sonra Devidin necə öldüyü bəlli olacaq.
Məsələ ilə bağlı açıqlama verən “Hibernian” klubunun prezidenti Rod Petrie futbolçusunun çox istedadlı, gənc, prespektevli futbolçu olduğunu bildirib və ailəsinə baş sağlığı verib.
