Ekvadorda keçirilən "Barselona" – "Emelek" qarşılaşmasını izləyən azarkeşlər futbol adına utanc duyulacaq səhnəyə şahid olublar.
Korner.az-ın məlumatına görə, "Barselona"nın 5:0 hesabıyla qalib gəldiyi oyunda məğlub tərəfin müdafiəçisi Kristian Nasuti sinirlərinə hakim ola bilməyib.
Argentinalı futbolçu rəqib oyunçunun onu keçməsinin qarşısını qəddarlıqla alıb. Həmin anın videogörüntüsünü diqqətinizə çatdırırıq.
