Futbolçu azarkeşlə dava etdiyi üçün 4 oyunluq cəzalandı
08.07.2020 , 20:03

“Tottenhem”in futbolçusu Erik Dayer cəzalandırılıb.
Korner.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası futbolçunu 4 oyunluq diskvalifikasiya edib.
Buna səbəb, İngiltərə kubokunun 5-ci mərhələsində “Norviç”lə matçdan (1:1, penaltilər 3:4) sonra tribunaya qalxaraq, azarkeşlə mübahisə etməsi olub.
Dayer həmçinin 40 min funt-sterlinq məbləğində də cərimələnib.
