Futbolçu avtomobil qəzası keçirdi
28.04.2023 , 21:39
“Beşiktaş”ın futbolçusu Amir Hadziahmetoviç bu gün avtomobil qəzası keçirib.
Korner.az xəbər verir ki, futbolçu eyni istiqamətdən gələn motosikletlə toqquşub.
Qəza zamanı o, xəsarət almasa da, yüngül yaralanan motosikletin sürücüsü təcili-tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.