Futbolçu 8 ay futboldan kənarlaşdırıldı
17.05.2023 , 22:58

“Brentford”da çıxış edən İvan Toni qanunsuz mərc oynadığı üçün 8 ay futboldan uzaqlaşdırılıb.
Korner.az xəbər verir ki, İngiltərə Futbol Federasiyasının yaydığı məlumatda, 25 fevral 2017-ci il və 23 yanvar 2021-ci il tarixləri arasında mərc oyun qaydalarına zidd hərəkət etdiyi aşkarlanan 27 yaşlı ingilis hücumçunun 8 ay cəza aldığı bildirilib.
Futbolçu bundan əlavə 50 min sterlinq məbləğində cərimələnib.
İvan Toney 2024-cü il yanvarın 17-dən meydana qayıda biləcək.
