big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Futbol tarixinin “zoluşka”ları – YAZI

21.04.2015 , 05:53

Yəqin ki, məşhur
“Zoluşka” cizgi filminə baxmısız. Onun verdiyi ismarıc budur ki, hazırkı
durumun nə olur-olsun, gələcəkdə necə olacağını heç kim bilə, yaxud təxmin edə
bilməz. “Zoluşka” da əvvəlcə bədbəxt və çox kasıb idi. Lakin sonradan tale üzünə
güldü və varlı şahzadəyə ərə getdi.

Futbol dünyası da bizlərə az şey öyrətməyib.
Burda da “Zoluşka” əhvalatına bənzəyən çox hadisə yaşanıb. Məsələn, heç bir
azarkeşin uğur gözləmədiyi klubun birdən-birə çempion olması kimi. Aşağıdakı sətirlərdə
məhz belə klublardan danışacağıq…

1. “Aberdin” – Şotlandiya

Ser Aleks Fergüssondan öncə “Aberdin” bir dəfə
Şotlandiya çempionu olmuşdu. Yerli çempionatda isə məlum olduğu kimi,
“Reyncers” və “Seltik” klubları ağalıq edirdi. Rəqabət, adətən bu iki komanda
arasında gedirdi. Haqqında danışacağımız klub isə ölkə futboluna rəqabət üçün
yeni güc gətirdi. Bunu ən qatı “Aberdin” azarkeşi də təxmin etmirdi.

1979/80 mövsümündə “Aberdin” tarixində ikinci
dəfə Şotlandiya çempionu adını qazandı. Bu uğurun təsadüfi olmadığı isə
sonradan qazanılan ardıcıl 3 ölkə kuboku (1982, 1983, 1984) ilə sübut olundu.
1983/84 və 1984/85 mövsümlərində də ölkə çempionu adına “Aberdin” sahib
çıxmışdı.

Daha sonra nələr olduğunu, yəqin ki, bilirsiz.
Fergüsson başqa klubda tarix yazmağa yollandı. “Mançester Yunayted”ə keçən əfsanəvi
məşqçinin burdakı fəaliyyətini bilməyən varmı?

2. “Kale” – Fransa 4-cü divizion klubu

2000-ci ildə Fransa futbolunda Vanqanın,
Nostradamusun da təxmin edə bilməyəcəyi bir hadisə yaşandı. IV divizion klubu
“Kale” gözlənilmədən kubokun finalına qədər irəlilədi. Buna qədər bu klubu sadəcə
azarkeşləri tanıyırdı. Lakin birdən-birə bütün Avropa bu həvəskar komandadan
danışmağa başladı.

Finala gedən yolda kifayət qədər köklü və
tanınmış fransız klubları “Kale”nin qarşısında baş əydi. Öncə “Lill” və “Kann”,
daha sonra “Strasburq”, yarımfinalda son ölkə çempionu “Bordo”nu keçən həvəskar
komanda azarkeşlərinə hər yerdə fəxrlə danışmağa səbəb verdi.

Finalda “happy end”-in (“xoşbəxt sonluq”) yaşanmasına
isə “Nant” icəza vermədi.  İlk hissəni
1:0 hesabı ilə öndə tamamlayan “Kale” mübahisəli penalti qolu ilə məğlub oldu
(1:2). Ancaq bu gün də o finaldan söhbət düşəndə çoxu qalib komandadan deyil, məhz
“Kale”dən danışır.

3. “Sanderlend” – İngiltərə

Ötən əsrin 70-ci illərində İngiltərə kuboku
daxili çempionatdan daha nüfuzlu idi. Bu turnirin hətta bir oyununda qələbə
qazanmaq aparıcı klublar üçün çox çətin idi.

Bu səbəbdən, II divizion təmsilçisi
“Sanderlend”in finala vəsiqə qazanması artıq sensasiya sayıla bilərdi. “Qara
pişiklər” fransalı “Zoluşka”nın – “Kale”nin edə bilmədiyini etdi. Final mərhələdə
o zamanın ən güclü ingilis klubu “Lids Yunayted”lə qarşılaşan “Sanderlend” heç
kimin gözləmədiyini reallaşdırdı. “Ağ-qırmızı”lıların yeganə qolunu 31-ci dəqiqədə
İen Portefild vurdu. Bununla da, “Sanderlend” İngiltərə kubokunun yeni sahibi
oldu.

Onun bu uğurunu 30 il sonra “Milluol” klubu təkrarlaya
bilərdi. Lakin “Mançester Yunayted” buna imkan vermədi – 0:3.

4. “Styaua” – Çempionlar Kubokunun qalibi

Bu klub 1986-cı ildə Çempionlar Kubokunun
finalına yüksəlməklə hər kəsin diqqətini öz üzərində cəmləşdirdi. Bu azmış
kimi, “Styaua” həlledici qarşılaşmada “Barselona”nı məğlub etməklə kubokun
sahibi oldu.

Bu uğurda klubun əsas qapıçısı Hermuda
Dukadamanın payı böyükdü. O finala qədər möhtəşəm qurtarışlar edərək
“Styaua”nın tarixi uğur qazanmasında böyük pay sahibi oldu.

5. “Verona” – İtaliya A Seriyasının qalibi

Son 30 ildə İtaliya çempionatını qazanan
klubların siyahısına baxarkən diqqətimi bir məqam cəlb etdi: 1985-ci ildə
“Ellas Verona” İtaliya çempionu olub. Bəs bu uğur necə qazanılıb?

1982-ci ildə “Verona” A Seriyasına vəsiqə
qazandı. Bu böyük uğur sayılırdı. Sonrakı mövsümdə isə 4-cü yeri tutmaqla
yanaşı, İtaliya kubokunda finala qədər irəlilədi. Son mərhələdə isə “Yuventus”a
boyun əydi. Növbəti il yenidən İtaliya kubokunun finalı vəsiqə qazanan “Verona”
bu dəfə “Roma”ya uduzaraq baş mükafatı əldən verdi.

Növbəti, məlum hadisənin yaşandığı mövsümdə isə
İtaliya A Seriyasında rəqabət xeyli güclü idi. “Napoli” Maradonanı, “Yuventus”
Mişel Platinini, “İnter” isə Rumenigeni heyətinə qatmaqla çempionluğa iddiasını
ortaya qoymuşdu. Ancaq “Verona” üçün bütün bunlar önəmsiz idi. Klub gözəl,
stabil oyun göstərərək ölkə çempionu adını qazandı.

“Daha sonra olanları isə mən yazmayım, siz
oxumayın” – deyərdim, amma yazmalıyam. Klubun aparıcı üzvləri pulu üstün
tutaraq komandadan ayrıldılar. “Eşşəkdən düşüb, ata minən” “Verona” isə düşdüyü
“eşşəyin belinə” geri qayıtdı.

6. “Nottingem Forest” – İngiltərə

Ser Aleks Fergüsson “Aberdin”də uğurlu dönəm
yaşayarkən digər britaniyalı məşqçi Brayan Klaf Avropada tarix yazırdı. Əslində,
Klaf “Nottingem”ə qədər “Derbi” klubunda uğurlu karyera keçirmişdi. Lakin bu
klubdakı fəaliyyəti onu dünyanın əfsanəvi məşqçiləri siyahısına əlavə etdi desək,
yanılmarıq.

1975-ci ildə İngiltərədə əsas liqaya vəsiqə
qazanan “Nottingem” növbəti mövsümdə ölkə çempionu oldu. Bunu o dövrə qədər heç
bir kim bacarmamışdı. Lakin klub daha böyük uğura beynəlxalq arenada imza atdı:
iki il ardıcıl Çempionlar Kubokunu qazandı.

Daha sonra “Verona”nın yaşadığı taleyi yaşayan
ingilis klubu aşağı diviziona yuvarlansa da, onun bu uğuru hələ də dillər əzbəridir.

 

İlkin Məmmədov

Son yazılar

To Top