Hər həftə olduğu kimi, ötən həftə sonu da futbol meydançalarında maraqlı hadisəsiz ötüşməyib.
Korner.az-ın məlumatına əsasən, Boliviya çempionatında hakim futbolçuya bəlkə də, futbol tarixin “ən axmaq” qırmızı vərəqəsini göstərib.
Belə ki, “Bolivar” klubunun müdafiəçisi Luis Qutyerres cərimə zamanı əlindəki topu ehmalca rəqib futbolçunun başına vurub və buna görə hakim tərəfindən sərt şəkildə cəzalandırılıb.
