Futbol təkcə oyun deyil. Həm də biznesdi. Milyonların baxdığı bu oyun, həm də ən yaxşı qazanc mənbəyidi. Böyük biznesmenlər məhz buna görə, futbol klubu yaratmaq, yaxud da sərmayeni o istiqamətdə yönləndirib mövcud komandanın rəhbəri olmaq üçün can atır. Həqiqətən də, ucuz qiymətə alınan futbolçunun böyük pullar qarşılığında satılmasından çox gəlir gətirən tərəf yəqin ki, idman aləminə yoxdu. Korner.az olaraq bu yazıda futbol tarixinin 20 ən yararlı transferindən söhbət açacağıq.
20. Nikola Anelka ("Arsenal" – "Real")
Alınıb: 760.000 €
Satılıb: 35.000.000 €
Gəlir: 34.240.000 €
Anelka vaxtilə öz oyunu ilə dünya futboluna səs sala bilmişdi. Əslində PSJ futbol məktəbinin yetirməsi olan Anelka "Arsenal"da olarkən məhşurlaşdı və Madrid "Real"ına kifayət qədər gözəl məbləğə satıldı.
19. Daniel Alves ("Sevilya" – "Barselona")
Alınıb: 550.000 €
Satılıb: 35.500.000 €
Gəlir: 34. 950.000 €
Çətin ki, hansısa "Barselona" fanatı Dani Alvesə görə verilən bu qədər pula görə təəssüflənir. Ancaq bu cür futbolçuya "Sevilya" kifayət qədər ucuz qiymətə sahib olub. İnkişaf edib ulduzu parlayan futbolçu yüksək məbləğ qarşılığında Kataloniyaya transfer olunub.
18. Xavyer Pastore ("Palermo" – PSJ)
Alınıb: 7.000.000 €
Satılıb: 42.000.000 €
Gəlir: 35.000.000 €
Bu reytinqi müasir PSJ sahibkarlarının transferə xərclədiyi pulları qeyd etmədən bitirmək olmaz. "Palermo" kifayət qədər sərfəli qiymətə aldığı futbolçunu PSJ-yə tam sərfəli qiymətə satıb.
17. Halk ("Portu" – "Zenit")
Alınıb: 19.000.000 €
Satılıb: 55.000.000 €
Gəlir: 36.000.000 €
"Portu" futbol məktəbinin qüdrəti hər kəsə məlumdu. Bu məktəbin yetişdirib dünya futboluna bəxş etdiyi futbolçuların sayı və onların gətirdiyi gəliri hesablasaq "Portu" rəhbərliyinin gözəl qazanc əldə etdiyini görə bilərik. Halk cəmi 19 milyon avroya Portuqaliyaya gəlsə də, "Portu"ya 36 milyon qazandırmaqla ölkəni tərk edib.
16. Rui Koşta ("Fiorentina" – "Milan")
Alınıb: 5.500.000 €
Satılıb: 42.000.000 €
Gəlir: 36.500.000 €
Əzəmətli "Milan", çox futbolsevərlərinin ötən günləri çıraqla axtardığı o gözəl komanda! "Milansevərlər" bu cür futbolçu üçün 42 milyon verilməsinə təəssüflənməsə də, "Fiorentina"nın qazancını qeyd etmək lazımdı. Bəlkə də, həmin an bu transfer olmasaydı Koşta bu siyahıda olmayacaqdı.
15. Ueyn Runi ("Everton" – "Mançester Yunayted")
Alınıb: 0 €
Satılıb: 37.000.000 €
Gəlir: 37.000.000 €
"Everton" klubun öz yetirməsi, belə deyək, bir qəpik də xərcləmədən, əslində qazanaraq (Runi uşaq olarkən valideynlərinin "Everton" uşaq futbol məktəbinə aylıq haqqı ödəməsini nəzərə alaraq) sahib olduğu istedadlı futbolçu komandanın heyətindəqol vuran ən gənc futbolçu olub. Bu xəbəri eşidən "mankunyanlar" futbolçunu dərhal "şeytan" etmək istədilər, özü də "qırmızısından"
14. Devid Bekhem ("Mançester Yunayted" – "Real" Madrid)
Alınıb: 0 €
Satılıb: 37.500.000 €
Gəlir: 37.500.000 €
Bekhem "Real"ın rəhbəri Florentino Peresin xəyalların komandası yığmaq istədiyini vaxtına təsadüf etməyi yaraşıqlı futbolçunun karyerasında önəmli hadisə oldu. Runi "Mançester Yunayted"ə gəlsə də, Bekhem buranı tərk edib. Ancaq kifayət qədər gözəl məbləğ qarşılığında.
13. Pavel Nedved ( "Latsio" – "Yuventus")
Alınıb: 3.500.000 €
Satılıb: 41.200.000 €
Gəlir: 37.700.000 €
Pavel Nedvedin "yuventus" yetirməsi olduğunu bilənlər az deyildi. Ancaq "Qoca Senyora" əfsanəvi futbolçusunu "Latsio"dan alıb. Roma təmsilçisi də 3.500.000 € xərclədiyi futbolçunu 37 milyondan çox gəlirlə satıb.
12. Fernando Torres ("Atletiko" – "Liverpul")
Alınıb: 0 €
Satlıb: 38.000.000 €
Gəlir: 38.000.000 €
Fernando Torresin "Liverpul"daki illərini azarkeşlər yəqin ki, unutmaz. "Döşəkçilər"in yetirməsi olan Torres kifayət qədər gözəl qiymətə "Liverpul"a satılıb.
11. Lukas Moura ("San Paulo" – PSJ)
Alınıb: 0 €
Satılıb: 40.000.000 €
Gəlir: 40.000.000 €
PSJ milyardları burda da öz sözünü deyir. Braziliya klubuna Moura üçün 40 milyon avro qazandırıb.
10. Endi Kerrol ("Nyukasl" – "Liverpul")
Alınıb: 0 €
Satılıb: 41.000.000 €
Gəlir: 41.000.000 €
"Liverpul"un peşman olduğu transfer "Nyukasl"a gözəl pullar qazandırıb. Londonlular heç bir xərc çəkmədiyi futbolçunu 41 milyon avroyasatıb.
9. Radamel Falkao ("Portu" – "Atletiko")
Alınıb: 5.430.000 €
Satılıb: 47.000.000 €
Gəlir: 41.570.000 €
"Portu" dünyanın dörd tərəfini axtarır və istedadları tapır. Onları yetişdirir, əla qiymətə satır. Bu da gözəl strategiyası olan klubun gəlir mənbəyinin özəyidi. Falkao "Atletiko"ya möhtəşəm qiymət qarşılığında keçib. Doğrudu, Madriddən sonrakı karyerası bir o qədər də gözəl olmasa da, Ramadel "Portu"ya yaxşı pullar qazandırıb.
8. Zlatan İbrahimoviç ("İnter" – "Barselona")
Alınıb: 24.000.000 €
Satılıb: 69.500.000 €
Gəlir: 44.700.000 €
"İnter"lə uğurlu dövr keçirən Zlatan İbrahimoviç "Barselona"nın diqqətini cəlb edib. Alves transferindən fərqli olaraq bu keçidin uğurlu olduğunu deyə bilmərik. Ancaq qazanan "İnter" oldu – 44.700.000 €
7. Qaiska Mendyeta ("Valensiya" – "Latsio")
Alınıb: 500.000 € (təxmini, dəqiq məbləğ bəlli deyil)
Satılıb: 48.000.000 €
Gəlir: 47.500.000 €
Mendyeta "Valensiya"nın lideri idi və azarkeşlərin kumiri olmağı bacarmışdı. Lakin 2000-i illərin əvvəlində italyan futbolunda böyük pullar dövr edirdi. Buna görə də, bu transfer gözünü qırpmadan 48 milyon avro verən "Latsio" sonradan peşman oldu. Belə ki, Mendyetanın işləri Romada heç cür alınmadı və futbolçu karyerasını "Midlsbro"da bitirdi"
6. Ernan Krespo ("Parma" – "Latsio")
Alınıb: 4.000.000 €
Satılıb: 55.000.000 €
Gəlir: 51.000.000 €
Roma klubunun daha bir düşünülmədən edilən transferlərindən biri. Sonradan böhrana düşəcək "Parma" isə kifayət qədər gözəl pul qazanıb.
5. Canluici Buffon ("Parma" – "Yuventus")
Alınıb: 0 €
Satılıb: 54.000.000 €
Gəlir: 54.000.000 €
Öz klubunun ən bahalı yetirməsi olan Buffon "Parma"ya möhtəşəm qazanc gətirib. Hazırda dünya futbolunun ən güclülərindən olan Buffon "Yuventus"un da liderlərindən biridi.
4. Kaka ("Milan" – "Real")
Alınıb: 8.250.000 €
Satılıb: 65.000.000 €
Gəlir: 56.750.000 €
"Milan" pul qazandı, ancaq çox önəmli fiqurunu itirdi. Madrid klubu braziliyalıya görə peşman olacağı məbləği ödədi. Həm futbolçunun karyerası enişə doğru getdi, həm də elə "Milan" klubunun taleyi…
3. Luiş Fiqu ("Barselona" – "Real")
Alınıb: 2.500.000 €
Satılıb: 60.000.000 €
Gəlir: 57.500.000 €
Fiqunun "Barselona"nın "Real"a dəyişməsi çox söz-söhbət açsa da, rəqəb rəqəmdi. 60 milyon avro isə kifayət qədər yüksək məbləğdi.
2. Zinəddin Zidan ("Yuventus" – "Real")
Alınıb: 3.500.000 €
Satılıb: 73.500.000 €
Gəlir: 70.000.000 €
Dünya futbolu hazırki dövrdə də "Yuventus"a bu cür istedadlı şəxsin aşkar edilməsinə görə minnətdar olmalıdı. Zidan "Real"klubuna keçməklə "Yuventus"a çox böyük pul qazandırdı. Bununla yanaşı Zidan indi də "kral klubu"nun bir parçasıdı.
1. Kriştianu Ronaldo ("Mançester Yuneyted" – "Real")
Alınıb: 17.500.000 €
Satılıb: 94.000.000 €
Gəlir: 76.500.000 €
Bu reytinqin birinci pilləsi yəqin ki, əvvəldən oxucular üçün bəlli idi. "Qırmızı şeytanlar"a gözəl pullar qazandıran transfer "Real" Madridə kuboklar qazandırıb. Heç bir "Real" fanatı bu transferə xərclənən pullara peşman deyil.
P.S. Bu siyahıya bütün mümkün variantları salmağı istədik, ancaq ola bilsin, unudulanlar da oldu. Hər halda, qeyd edilən 20 transfer uzun müddət yaddaşlardan silinməyəcək.
Məmmədov İlkin