Boliviyada futbol tarixində görünməmiş hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, Libertadores Kuboku səbəbi ilə sıx qrafiklə oyunlara çıxdığı üçün federasiyaya ölkədaxili çempionat oyunlarının təxirə salınması üçün müraciət edən, ancaq rədd cavabı alan “Universitario de Sukre” klubu federasiyaya etiraz əlaməti olaraq “Bolivar”la oyuna 7 nəfərlə çıxıb.
Oyunun gedişində isə 7 futbolçudan biri zədələnərək meydanı tərk edib. Matçın baş hakimi qaydalara uyğun olaraq, oyunu yarımçıq dayandırıb.
