Futbol tarixinə adını yazdırdı
08.06.2023 , 15:58

İtaliya millisinin futbolçusu Emerson Palmyeri üçün əlamətdar hadisə olub.
Korner.az xəbər verir ki, o, futbol tarixinə adını yazdırmağı bacarıb.
Belə ki, 29 yaşlı müdafiəçi bütün UEFA turnirlərində qalibi olan yeganə oyunçudur.
Palmyeri son olaraq ötən gün İngiltərənin “Vest Hem” klubunun heyətində UEFA Konfrans Liqasını qazanıb.
