Futbol meydanında dəhşətli anlar: baş məşqçi silahla vuruldu – VİDEO
01.11.2021 , 17:34

Argentinada futbol matçında qanlı hadisə törədilib.
Korner.az-ın məlumatına görə, 3-cü liqanın “Hurakan Las Heras” – “Ferro Karril Oeste” qarşılaşmasının 79-cu dəqiqəsində qonaq komandanın baş məşqçisi Maurisio Romero odlu silahla kürəyindən vurulub.
Dəhşətli hadisə kameralara düşməsə də, meydandakı futbolçuların baş vern hadisədən qorxaraq təşvişə düşdükləri görüntülənib. Oyun yarımçıq dayandırılıb.
Təcili olaraq xəstəxanaya aparılan baş məşqçinin vəziyyətinin normal olduğu bildirilir.
