"Bulvar Otel"də “Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar keçirilib.
Korner.az-ın məlumatına görə, UEFA-nın rəhbərliyi altında təşkil edilən seminar Avro-2020-nin final mərhələsinin Bakıda 4 oyununun keçirilməsinə hazırlıq məqsədi daşıyıb.
Seminarda Daxili İşlər Nazirliyinin əməkdaşları, Topaz Premyer Liqası və I Divizion klublarının mühafizə xidmətinin rəhbərləri, klublarda azarkeşlərlə əlaqələndirici şəxslər, fan-klub nümayəndələri, AFFA, PFL və AFFA-nın nəzdində olan stadionların əməkdaşları, Premyer Liqa oyunlarına təyinat alan AFFA nümayəndələri və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Yerli Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər.
Xəbər AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi müsabiqə əsasında işıqlandırılır.
affa.az
