Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “İnter” – “Fola” görüşünün başlama vaxtı müəyyənləşib.
“İnter”in mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, iyulun 12-də “Dalğa Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Komandalar arasındakı cavab matçı isə iyulun 20-də Lüksemburqda olacaq.
