Futbol üzrə Əlcəzayir çempionatında bədbəxt hadisə baş verib.
Korner.az-ın məlumatına görə, ölkədaxili çempionatda keçirilən "Kabiliya" – "USM Əlcəzayir" (1:2) oyununda azarkeşlər ev sahiblərinin kamreunlu forvardı Albert Ebosenin ölümünə səbəb olub.
Belə ki, çılğın azarkeşlər komandalarının məğlubiyyətləri ilə barışmayıblar. Oyun bitən kimi tribunadan meydana müxtəlif kənar əşyalar atılıb. Bu əşyalardan biri Ebosenin başına tuş gəlib. Futbolçunu xəstəxanaya aparsalar da xilas etmək mümkün olmayıb.
