Afrika Millətlər Kubokunda Fil Dişi Sahili yğmasını məğlub edərək yoluna davam edən Nigeriyaya sürpriz bir təklif gəldi.
Korner.az–ın məlumatına görə, Nigeriya Əxlaqsız qadınlar birliyinin rəhbəri Jessika Elvis "Dailpost" qazetində verdiyi açıqlamada Nigeriyanın kuboku qazanacağı halda, onlara 1 həftə pulsuz xidmət edəcəklərini bildirib:
"Komandamızı bu qələbə münasibəti ilə təbrik edirik. Fil Dişi Sahili millisini yenmək heç də asan bir məsələ deyildi. Ancaq bizim yığma bunu bacardı. Qarşıdakı rəqib Malidi. Əgər Nigeriya kuboku qazansa biz futbolçulara sürpriz edəcəyik. Komandada olan bütün futbolçularla birgə 1 həftə pulsuz olacağıq".