big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Futbol adamlarının Şaxta babadan istəkləri

26.12.2014 , 16:50

Qarşıdan uşaqdan-böyüyə hər kəsin  səbirsizliklə gözlədiyi Yeni il bayramı gəlir. Bu bayramın əsas personajları isə Şaxta baba və Qar qız hesab olunur. Qədimdən Şaxta baba Yeni ilin əsas xəbərçisi və uşaqların sevimlisidir..  Bu mistik qəhrəman balaca uşaqlara arzuladıqları hədiyyələri paylayan biri kimi təsvir olunur. Biz isə bu dəfə azyaşlı uşaqlara yox, bığlı-saqqallı futbol adamlarına Şaxta babadan özləri və futbolumuz üçün nə istədiklərini soruşduq.

Tahir Süleymanov: (“Neftçi PFK”-nın sabiq vitse-prezidenti) “Şaxta babadan xahiş edərdim ki, Azərbaycan futboluna səmimiyyət dolu torba gətirsin. Eyni zamanda səmimiyyət dolu boxçanı futbola aşıladıqdan sonra futbolda olan qeyri peşəkarları həmin torbaya yığıb, bu sahədən birdəfəlik uzaqlaşdırsın. Futbolumuzun inkişafı bəlkə bundan sonra başlayar. Özüm üçün heç nə istəməzdim. Uğur qazanmışıq futbolda və ən önəmlisi 2015-ci ildə tək futbolumuz üçün yox, xalqımıza sülh və əmin-amanlıq arzu edərdim. Son 4-5 ildə  uğurlar ancaq klub futbolu ilə bağlıdır. Çox təəssüf ki, bu gün “Bakı” və “Xəzər Lənkəran” öz mövqelərini yavaş-yavaş itirirlər. Maliyyə baxımdan problemlər bu klubları iddialarını azaltmağa vadar edib. İstəyərdim ki, iddialıların sayı çox olsun və Avropada “Neftçi” ilə “Qarabağ”ın getdiyi yolun davamı gəlsin.”

Vaqif Sadıqov: (Məşqçilər Komitəsi üzvü)  “Vallah, mən hesab edirəm ki, futboldan qabaq, torpaqlarımızdakı əmin-amanlıq davam etsin. Daha sonra Azərbaycan futbolu günü-gündən inkişaf edərək sözün əsl mənasında Avropada güclü futbol məkanına çevrilsin. Biz klub futbolunda müəyyən qədər yol getmişik, güman edirəm ki, milli səviyyəsində inkişafa nail olacağıq. Bu gün dövlətimiz və idmanımız inkişaf edir, futbol isə bundan geri qalmamalıdır. O da öz sözünü deməlidir. Vəzifə filan heç nə istəmirəm. Hamımız futbolun içində olan adamlarıq. Bu sahənin adamlarıyıq. Uğur da, uğursuzluq da hər birimizə mənsubdur.  Ona görə də mən Şaxta babadan uğur və futbolumuzu ona layiq olan səviyyəyə çatmasına yardımçı olmağını arzu edərdim . (gülür) Biz də öz fəaliyyətimizi davam etdirməliyik.

Böyükağa Hacıyev: (MK üzvü)  “Şaxta babadan diləyim o olar ki, mümkünsə futbolumuzun inkişafına yardımçı olsun.  Millimizə yeni təyin olunmuş baş məşqçi (Robert Prosineçki Ü.M) Allah eləsin ki, ümidləri doğrultsun. Bu gün iş dedikdə klub sponsorları biraz arxaya çəkilirlər. Sponsorlar klublara bir az daha çox can yandırsınlar və buna inansınlar ki, futbolumuzun çox böyük gələcəyi var. Yox, mən bu gün şəxsi prinsipləri qırağa qoyub, ictimai prosesləri əsas tuturam. Ona görə Şaxta baba mənə hədiyyə  gətirməsə də olar. (gülür)

Anar Salmanov: (sabiq FİFA referisi) “Ən vacibi Şaxta babadan can sağlığı istəyərdim. İstəyərdim ki, Azərbaycan futbolu və hakimlərimiz inkişaf etsin. O da ki, ancaq bu halda baş tuta bilər ki, Xaqani Məmmədov bu sahədən getsin. O artıq getməlidir. Onun Hakimlər Komitəsinə vurduğu ziyanı heç kim vurmayıb, qardaş. O əgər bu gün Azərbaycan hakimliyini və Anar Salmanovu bu hala salmağı bacarırsa, hansı inkişafdan danışa bilərik?  Mənim yeganə arzum budur ki, Azərbaycan futbolu qat-qat inkişaf etsin və Əliyar Ağayevlə, Rəhim Həsənov bundan da yaxşı nəticələr əldə etsinlər. Hakimlik karyeramda şükür qurban olduğuma gördüyümü görmüşəm , özünüz də şahidsiz ki, kifayət qədər beynəlxalq səviyyədə görüş idarə etmişəm. Əsas özüm və yaxınlarım üçün can sağlığı istəyirəm. Qalan hamısı boş şeylərdir. Az qala yadımdan çıxmışdı, Xaqani Məmmədov bu yaxınlarda açıqlama vermişdi ki, 2012\2013 mövsümündə idarə etdiyim görüşlərin bir çoxundan aşağı qiymət almışam. Hansı oyunlardan?  O nə ki, gətirib, ictimaiyyətə təqdim edir, onun 70-80%-i yalandır.  O elə bilir ki, camaata nağıl danışmaqla nəsə əldə edəcək. Bunlar hamısı uydurma və əsassızdır. Mən Xaqani Mənnədov haqda  nəsə açıqlasam, hansısa sənədləri ortaya qoysam, inanın mənə bunu 5 sayt yazıb qurtara bilməz. Yeni ildə Şaxta baba mənim üçün yox, Xaqani Məmmədov üçün sürpriz edəcək. Məhz işi ilə bağlı”

Xaqani Məmmədov: (Hakimlər Komitəsi sədri) “ Şaxta babadan ancaq klub və milli səviyyəsində futbolumuzun inkişafını və hakimlərimizin səhvsiz oyun idarə etmələrini xahiş edərdim. Onların uğuru mənim uğurumdur. Onlar görüşləri nə qədər yaxşı idarə etsələr, mən hesab edirəm ki, bu mənim üçün ən böyük hədiyyədir”. (fürsətdən istifadə edib, Xaqani bəydən Anar Salmanovun az öncə oxuduğunuz açıqlamalarına münasibət bildirməyini xahiş etdik) “Mən bu haqda fikir bildirmək istəmirəm, çünki bu məsələ ilə bağlı yetərincə danışmışam. Hərə öz tərbiyəsini göstərir”.

Şahin Diniyev: (MK üzvü) “ Uğur,sadəcə uğur. Bir sözlə, gələn ilin bizim üçü düşərli olmasını. Qələbələrimiz daha çox olsun, həm klub, həm milli səviyyəsində. Mən də bunların içində.”

Əsgər Abdullayev ( futbol məşqçisi) “ İstəsəm, iş istəyərəm də (gülür). Vallah, düzünü desəm, hər bir məşqçi kimi mən də iş başında olmaq istəyərəm. Əslinə qalsa, bütün bunlar bizim üçün uşaqlıq dövründən qalma xatirələrdir,  Şaxta babaya məktub yazmaq, ondan hədiyyə istəmək filan.  İnanıram ki, Allahın köməkliyi ilə Yeni il hər bir azərbaycanlı üçün düşərli olacaq. Həmçinin, saytınız vasitəsilə 31 dekabr- Dünya azərbaycanlıların həmrəylik günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Futbolumuzdakı uğurlar isə axırıncı yox, axarıncı olsun!”

Ürfan Məmməd

 

Son yazılar

To Top