"Avro-2020"nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimi keçiriləcək.
Korner.az-ın məlumatına görə, tədbirdə iştirak etmək üçün xüsusi qonaq qismində dünya futbolunun tanınmış simalarından biri, "Avro-1988"in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit paytaxtımıza gələcək.
Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.
