“Fulhem”dən “Bavariya”ya
11.06.2024 , 16:32

“Bavariya”nın yeni transfer hədəfindəki oyunçu məlum olub.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi “Fulhem”in futbolçusu Joao Palinya ilə maraqlanır.
Almaniya nəhənginin artıq oyunçu ilə razılığa gəldiyi bildirilir.
28 yaşlı yarımmüdafiəçi “Fulhem”in heyətində son mövsümdə 4 qol vurub və 1 məhsuldar ötürmə ulə yadda qalıb.
