“Fulhem” Ranyeri ilə yolları ayırır?
28.02.2019 , 17:33

İngiltərənin “Fulhem” klubunun baş məşqçisi Klaudio Ranyerinin istefaya göndərilməsi gözlənilir.
İngiltərə mətbuatının məlumatına görə, premyerliqada 17 xal ilə 19-cu olan “Fulhem” klubunun rəhbər heyətinin səbr kasası daşıb. Onlar “Sauthempton” klubuna 2-0 hesablı məlubiyyətdən sonra Ranyerini göndərmək haqqında fikirləşir.
Qeyd edək ki, 67 yaşlı mütəxəssis bu ilin noyabr ayında “Fulhem” klubuna baş məşqçi təyin olub.
