“Fulhem” onun üçün 35 milyon avro ödəməyə hazırdır
13.08.2024 , 20:44
“Fulhem” “Kristal Pelas”da çıxış edən müdafiəçi Yoahim Andersen üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, klub 28 yaşlı futbolçu üçün 35 milyon avroluq təklif göndərib.
Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
Ötən mövsüm “Kristal Pelas”ın heyətində 40 rəsmi oyuna çıxan danimarkalı müdafiəçi bu matçlarda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
Mina Musayeva