Bu gün Premyer Liqanın yeni mövsümünə start verilib. Korner.az-ın məlumatına görə, ilk turda "Turan"ı qonaq edən "Kəpəz" məğlubiyyətlə qarşılaşıb – 1:2. Gəncə təmsilçisinin baş məşqçisi Fuad İsmayılov məğlubiyyətə belə şərh verib
“Biz hazırlıqlara “Turan”dan öncə başlamışdıq. Bu cür nəticəni gözləmirdik, oyuna yaxşı hazırlaşmışdıq. İlk qoldan sonra futbolçular ruhdan düşməməli idi. Bu, bizim üçün son deyil, mübarizəmizi davam etdirəcəyik”.
