Frenki De Yonq: “Real”ı keçə bilsək…”
05.03.2019 , 22:06

“Ayaks” klubunun hollandiyalı futbolçusu “Real” ilə görüş öncəsi mətbuata açıqlamalar verib.
Hollandiyalı yarımmüdafiəçi “Real”ı məğlub etməklə, “Barselona”ya yaxşılıq etmək istədiyini bildirib.
“Barselona” klubu ilə müqavilə imzaladığım zaman məndən “Real”ı məğlub etməmiyimi istədilər. Bunu bacarsak, “Barça” üçün yaxşılıq etmiş olarıq”.
Qeyd edək ki, “Ayaks” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə “Real”a 1:2 hesabı ilə məğlub olub.
