Frenki De Yonq: “Bu, uğursuzluq deyil”
09.05.2019 , 11:14

Çempionlar Liqasının yarımfinal mərhələsində “Tottenhem”ə dramatik şəkildə məğlub olan “Ayaks” klubunun futbolçusu Frenki De Yonq oyun ilə bağlı danışıb.
Hollandiyalı yarımmüdafiəçi məğlub olsalar da, bunu uğursuz sayılmadığını deyib.
“Geyinib-soyunma otağı çox səssiz idi. İçəridə 20 nəfərin yalnız nəfəsləri duyulurdu. Finala çox yaxınlaşdıq ancaq, 45 dəqiqədə hər şey həll olundu. Məncə bu uğursuzluq sayılmaz. Biz əlimizdən gələni etdik”
Qeyd edək ki, görüş “Tottenhem”in “Ayaks” üzərində 3:2 hesablı qələbəsi ilə başa çatıb.
