“Frayburq” kubokda mərhələ adladı
20.10.2022 , 10:16

“Qarabağ”ın rəqiblərindən olan “Frayburq” Almaniya Kubokunda 1/8 finala yüksəlib.
Korner.az-ın məlumatına görə, Kristian Ştrayxın baş məşqçi olduğu komanda 1/16 finalda evdə “Sankt-Pauli”ni 2:1 hesabı ilə məğlub edib.
Görüşdə hesabı qonaqlar açsa da, meydan sahibləri 90+3-cü dəqiqədə Mattias Ginterlə tarazlığı bərpa edib. Əlavə vaxta gedən qarşılaşmada “Frayburq” qələbə qolunu 119-cu dəqiqədə vurub. Mixael Qreqoriç fərqlənərək, komandasını növbəti mərhələyə yüksəldib.
Qeyd edək ki, “Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.
