“Fulhem”in futbolçusu Dimitar Berbatov “Monako”nun maraq dairəsinə düşüb.
Korner.az-ın Fransa mətbuatına istinadən yaydığı məlumata görə, klub bolqarıstanlı hücumçunu icarəyə götürmək istəyir.
Komandanın aparıcı futbolçusu Radamel Falkaonun sıradan çıxması komandanı bu qərara gəlməyə məcbur edib. 33 yaşlı oyunçunun “Monako”ya getməyə müsbət baxdığı bildirilib.