Fransa çempionatında ən yaxşı futbolçu, məşqçi titulunun sahibinin adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, 2014/15-ci il mövsümün ən yaxşı futbolçusu Aleksandr Lyakazet seçilib.
O, 33 oyunda 27 qol vurub. Ən yaxşı baş məşqçi adına isə PSJ-nin çalışdırıcısı Loran Blan seçilib. O, ardıcıl 3 mövsüm Paris təmsilçisinin Fransa çempionu edib. Ən yaxşı gənc futbolçu “Lyon”un formasını geyinən Nabel Fakir seçilib.
