“France Football” nəşri 2016-cı ilin ən yaxşı fransız məşqçisinin adını açıqlayıb.
Korner.az-ın məlumatına görə, qəzetin versiyasına əsasən, “Real”ın çalışdırıcısı Zinəddin Zidan ötən ilin ən yaxşı fransız məşqçisi seçilib.
Zidan ötən il “Real”la Çempionlar Liqasını, Avropa superkubokunu və klublararası dünya çempionatını qazanıb.
