Fransa Liqasında bu mövsümün ən yaxşı baş məşqçisinin adı məlum olub.
Korner.az-ın məlumatına görə, PSJ-nin çalışdırıcısı Loren Blan mövsümün ən yaxşı baş məşqçisi seçilib.
Blan bu mövsüm PSJ ilə Fransa Liqasında çempionluğu rəsmiləşdirib. Bundan başqa, Paris təmsilçisi Fransa kubokunda finala yüksəlib.
