Fransalı müdafiəçiyə üç illik müqavilə təklif olundu
09.01.2026 , 13:00
“Liverpul” fransalı müdafiəçi İbrahima Konateni buraxmaq niyyətində deyil.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər yeni müqavilə ilə bağlı ilkin danışıqlar aparıblar.
Konate özü də “Liverpul”da qalmaq istəyir və klub ona üç illik yeni müqavilə təklif edib. Hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Konate 2021-ci ildə “Leyptsiq”dən Mersisayd təmsilçisinə keçib və karyerasının əvvəlində “Soşo”da da çıxış edib.