Transfer çalışmalarını davam etdirən “Qalatasaray” daha bir futbolçunu heyətinə cəlb edib.
Korner.az-ın məlumatına görə, Fransanın II liqasında mübarizə aparan “Troyes”in futbolçusu Lionel Jules Karole ilə 4 illik müqavilə bağlanacaq.
24 yaşlı fransız müdafiəçi üçün qarşı tərəfə 1.5 milyon avro ödəniləcək.
