Fransalı müdafiəçi İngiltərə yolunda
05.01.2026 , 12:45
“Udineze”nin müdafiəçisi Oumar Solet İngiltərədə oynaya bilər.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi”, “Tottenhem” və “Mançester Yunayted” 25 yaşlı futbolçunun transferi ilə maraqlanır.
Xatırladaq ki, fransalı oyunçunu “Udineze” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Solet bu mövsüm 19 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.