Fransalı hücumçunun yeni klubu məlum oldu
07.01.2026 , 13:00
Fransa millisinin və “Monako”nun sabiq hücumçusu Vissam Ben-Yedder karyerasını Mərakeşin “Vidad” klubunda davam etdirəcək.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 35 yaşlı futbolçu ilə cari mövsümün sonuna qədər müqavilənin imzalandığı diqqətə çatdırılıb.
Bundan əlavı, razılaşmada sözləşməni bir mövsüm də uzatma şərti yer alıb.