Fransalı hücumçu ərəb klubuna keçdi
03.07.2025 , 12:40

Aleksandr Lakazetin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, “Lion”dan ayrılan fransalı hücumçu NEOM klubu ilə razılığa gəlib.
Bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
