“Xəzər Lənkəran”ın sabiq hücumçusu Limam Seydi karyerasını Bakı “İnter”ində davam etdirəcək.
Korner.az-ın məlumata görə, fransalı hücumçu “İnter”lə razılığa gəlib.
30 yaşlı futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Sözləşməyə əsasən Seydi ilin sonuna qədər “İnter”in şərəfini qoruyacaq.
