Fransadan Rusiyaya transfer
24.07.2018 , 22:08

Rusiyanın “Lokomotiv” klubu Fransanın PSJ komandasının futbolçusu Qjeqij Krixovyakı heyətinə qatıb.
Rusiya mətbuatının yaydığı xəbərə görə, 28 yaşlı yarımmüdafiəçi bir il icarə əsasında Moskva təmsilçisi şərəfini qoruyacaq. Polşalı oyunçunun yeni nömrəsi isə 7-dir.
Qeyd edək ki, Qjeqij Krixovyak Polşa milli komandasının da üzvüdür. O, komanda ilə birgə DÇ-2018-də iştirak edib.
