Fransa əhalisinin böyük əksəriyyəti komanda yoldaşı Matye Valbuena ilə birlikdə adı şantaj qalmaqalında hallanan və məhkəməlik olan Kərim Benzemanın milli komandaya qaytarılmasını istəmir.
Korner.az-ın məlumatına görə, bunu ölkədə keçirilmiş rəy sorğusunun nəticəsi göstərir.
Sorğuda yaşı 18-dən yuxarı olan 996 vətəndaş iştirak edib. Respondentlərin 70 faizi Benzemanın yığmaya geri qaytarılmasını istəmədiyini deyib. Daha bir maraqlı fakt isə sorğuda iştirak edənlərin 67 faizinin bütövlükdə milli komandaya neqativ yanaşdığını və 78 faizinin millinin Avro-2016-da nəticə qazanacağına inanmadığını açıqlamasıdır.
